Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir Dövlət Universitetində respublika elmi konfransı keçirilib

Mingəçevir, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Mingəçevir Dövlət Universitetində (MDU) “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2020-ci ildə keçirilməli olan beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlar çərçivəsində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımızda sonsuz fəxarət və sevinc hissləri yaradan möhtəşəm zəfərin qazanılmasında, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Konfrans üçün seçilmiş mövzunun aktuallığından bəhs edən Ş.Bayramov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirilən hərtərəfli inkişaf konsepsiyasının məzmununda innovasiyaların yaradılmasına və innovativ yanaşmanın tətbiqinə xüsusi əhəmiyyət verildiyini bildirib. Üç bölmə və 12 istiqaməti əhatə edən konfransın ölkəmizin təhsil və elmi ictimaiyyətinin böyük marağına səbəb olduğunu vurğulayan rektor, bu elmi tədbirə respublikamızın 22 ali təhsil müəssisəsini, AMEA-nın 8 sahə elmi-tədqiqat institutunu və digər 6 təşkilatı təmsil edən 270 nəfər müəllifdən, ümumilikdə, 230 məqalə və tezisin təqdim olunduğunu diqqətə çatdırıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev “Regional inkişafda elm, təhsil və innovasiyaların artan roluna müasir baxış” mövzusunda çıxış edib. Tarixi qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edən B.Əliyev işğaldan azad edilmiş bölgələrimizin dirçəldilməsi və inkişafına başlanıldığı bir dövrdə belə bir mövzuda konfransın keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Dördüncü sənaye inqilabının əsas çağırışlarından bəhs edən B.Əliyev innovativ inkişafı təmin edə bilən ali təhsil proqramlarının hazırlanması, onların çevik yenilənməsi, ali təhsil müəssisələrində startapların tədris prosesinə inteqrasiyası, dövlət, sənaye və universitet əməkdaşlığının gücləndirilməsi, elmi fəaliyyət nəticələrinin kommersiyalaşdırılması, sahibkarlıq subyektləri ilə elm və ali təhsil müəssisələrinin birgə fəaliyyətinin önəmi və digər məsələlər barədə fikirlərini bölüşüb. İnnovasiya siyasəti barədə beynəlxalq təcrübədən və regionların inkişafı sahəsində universitetlərin davamlı artan rolundan danışan B.Əliyev sözügedən məsələlərin hazırlanmaqda olan “Ali təhsil haqqında” Azərbaycan Respublikasının qanunu layihəsinin müvafiq müddəalarında əks olunacağını bildirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli “Yüksək texnologiya parkları və startapları regional ekosistemin inkişafının hərəkətverici amilləri kimi” mövzusunda çıxış edib. Yüksək texnologiyaların həyatımızda mühüm rol oynadığını, rəqabətqabiliyyətliliyin yüksəldilməsinə əhəmiyyətli təsir göstərdiyini qeyd edən T.Kərimli ekosistemin modernləşdirilməsinin mühüm amili kimi texnoparkların yaradılması və onların fəaliyyətinin dəstəklənməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb. O, neft-qaz ixrac edən ölkədən yüksək texnoloji məhsullar ixrac edən ölkəyə transformasiya prosesinin hərəkətverici qüvvəsi kimi innovasiya infrastrukturlarının əhəmiyyətini diqqətə çatdırıb.

MDU-nun rektoru Ş.Bayramov “İnnovativ inkişaf müasir dövrün əsas çağırışı və davamlı artımın zəruri şərtidir” mövzusunda çıxış edib. İnnovativ inkişafın davamlı iqtisadi artımın təmin edilməsindəki mühüm rolundan bəhs edən Ş.Bayramov ölkəmizdə innovasiya əsaslı iqtisadi inkişaf modelinə keçid istiqamətində həyata keçirilən kompleks tədbirlərin əhəmiyyətindən danışıb. Son dövrdə Azərbaycanın özünəməxsus innovativ idarəetmə modelinin formalaşdığını vurğulayan Ş.Bayramov yaradılan yeni institusional mexanizmlərin ölkəmizdə iqtisadi artımın dayanıqlığının gücləndirilməsinə xidmət etdiyini bildirib. Ölkəmizdə innovasiya ekosisteminin inkişafında ali təhsil müəssisələrinin rolunu vurğulayan rektor universitetlərin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafının təşviq edilməsi məsələlərinə toxunub və qeyd olunan istiqamətlər üzrə MDU-da görülən işlərdən danışıb.

“Azərbaycan İstilik Elektrik Stansiyası (İES)” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, dosent Təhmasib Hüseynov “Cənubi Qafqazın ən böyük elektrik enerjisi müəssisəsi: əsaslı yenidənqurulma, müasir texnologiya, artan potensial” mövzusunda çıxış edib. Cənubi Qafqazın ən böyük elektrik enerjisi istehsalı müəssisəsi olan “Azərbaycan İES”-in innovativ əsaslarla yenidən qurulduğunu diqqətə çatdıran T.Hüseynov elektrik enerjisi istehsalının artmasında və texnoloji prosesin təkmilləşdirilməsində innovasiyaların rolundan söz açıb.

Plenar iclasın sonunda Azərbaycan Texniki Universitetinin, Lənkəran Dövlət Universitetinin və digər qurumların təmsilçiləri konfransın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Sonra konfransın bölmə iclasları (Təbiət və texnika; İqtisadiyyat və idarəetmə; Təhsil və humanitar) keçirilib. Konfrans öz işini sabah davam etdirəcək.

Qeyd edək ki, MDU-nun ev sahibliyi ilə keçirilən elmi konfransın əsas məqsədi iştirakçılara seçilmiş mövzu üzrə həyata keçirdikləri tədqiqatların nəticələrini təqdim etmək, müvafiq mövzular ətrafında elmi diskussiyalar aparmaq və gələcək elmi fəaliyyətlərin konturlarını müəyyən etmək imkanı yaradılmasından ibarətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir