REGİONLAR
Mingəçevir Dövlət Universitetinin könüllü tələbələri “Könüllülər Kuboku”nda ikinci olublar
Mingəçevir, 18 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə yüngül atletika idman növü üzrə rayon və şəhərlərdə “Könüllülər kuboku” yarışması keçirilib.
Kubokda Mingəçevir Regional “ASAN xidmət” mərkəzi, Gənclər Evi, Mingəçevir Turizm Kolleci, Mingəçevir Dövlət Universiteti və 10 saylı tam orta məktəbin könüllüləri də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, 10 saylı tam orta məktəbin könüllüləri birinci yerə, MDU-nun könüllü tələbələri ikinci yerə, Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin könüllüləri isə üçüncü yerə yüksəlib.
Yarışda I, II və III yеrləri tutan komandalar diplom və xatirə hədiyyələri ilə təltif olunublar.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin tələbələrini bu yarışa İdman və Sağlamlıq Kompleksinin direktoru Fərman Məmmədov hazırlayıb.