REGİONLAR
Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək
![Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək](/files/2020/2/1200x630/159215591377261556_1200x630.jpeg)
Mingəçevir, 14 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) tərəfindən reallaşdırılan “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək. İkinci görüşün qonağı Mili Məclisin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Müasirləşən ali təhsil və yüksəkixtisaslı mütəxəssis hazırlığı” mövzusunda keçiriləcək görüş Microsoft Teams platforması üzərindən onlayn təşkil olunacaq.
İyunun 17-də saat 12:00-da başlayacaq görüşdə iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət göndərə bilərlər.
Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində ilk görüşün qonağı BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli olub.