MİNGƏÇEVİRDƏ 20 YANVAR FACİƏSİNİN 15 İLLİYİ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR KEÇİRİLİR
Mingəçevir Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq hazırlanmış tədbirlər planına əsasən, şəhərin bütün ümumtəhsil məktəblərində, elm və mədəniyyət müəssisələrində qanlı faciənin ildönümünə həsr olunmuş siyasi dərslər, ədəbi-bədii tədbirlər, o müdhiş gecənin canlı şahidləri ilə görüşlər keçirilir, foto-rəsm sərgiləri, 20 Yanvar şəhidlərinin xatirə guşələri təşkil edilir.
Hazırda 20 Yanvar prospektində, Şəhidlər xiyabanında, 20 Yanvar abidə kompleksi ətrafında yaşıllaşdırma və abadlıq işləri aparılır.
Faciə qurbanlarının xatirəsinə həsr edilmiş avarçəkmə üzrə şəhər turnirinin mərhələ yarışları başlanmışdır.
Yanvarın 20-də Şəhidlər xiyabanında ümumşəhər mitinqi keçiriləcək, Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında respublikanın xalq artisti Zülfüqar Abbasovun bu faciəyə həsr etdiyi “Vətən, Torpaq, Şəhid” musiqili-ədəbi kompozisiyası göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]