MİNGƏÇEVİRDƏ RESPUBLİKA SƏVİYYƏLİ İDMAN YARIŞLARI KEÇİRİLMİŞDİR
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərindəki Y.Məmmədzadə adına stadionda 1991-92-ci il təvəllüdlü yeniyetmə futbolçular arasında keçirilən “Sevinc” kuboku uğrunda yarışın final mərhələsinin oyunları başa çatmışdır.
Mingəçevir Şəhər Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, finalda 11 komanda iştirak etmişdir. Bakı futbolçuları birinci, Sumqayıt oyunçuları ikinci, Tovuz komandası üçüncü yeri tutmuşlar. Qaliblərə nazirliyin kubok və fəxri fərmanları verilmişdir.
Kür çayında keçirilən akademik avarçəkmə, baydarka və kanoc üzrə ölkə çempionatı da böyük maraqla izlənilmişdir. Yarışda 100-ə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparmışdır. Komanda hesabında Mingəçevir idmançıları birinci, Bakı avarçəkənləri ikinci yerə çıxmışlar.
İlk üç yeri tutan idmançılara Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən pul mükafatları və diplomlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]