Minskdə MDB xarici işlər nazirlərinin toplantısı keçiriləcək
Minsk, 4 aprel, AZƏRTAC
Aprelin 6-da Minskdə keçiriləcək MDB xarici işlər nazirlərinin toplantısında Azərbaycan xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunacaq. Bu barədə AZƏRTAC-a Azərbaycanın Belarusdakı səfirliyindən məlumat verilib.
Məlumata görə, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.
Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, MDB xarici işlər nazirlərinin toplantısının gündəliyinə 12 məsələ daxil edilib. Buraya MDB ölkələri arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində əməkdaşlığa dair məsələlər, həmçinin MDB ölkələri arasında xarici siyasətlə bağlı müzakirə daxildir.
Bundan başqa, iclasda təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, MDB ölkələrinin hüquq mühafizə orqanlarının əlaqəli fəaliyyəti müzakirə ediləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]