Miqrasiya könüllüləri Birinci Qarabağ müharibəsinin bir qrup veteran xanımını təbrik ediblər
Bakı, 9 mart, AZƏRTAC
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycan könüllüləri Birinci Qarabağ müharibəsində iştirak etmiş bir qrup veteran xanımın evini ziyarət ediblər.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, xoş təəssürat bağışlayan görüşdən məmnun qalan xanımlar müharibə xatirələrini bölüşüblər. Onlar Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Müzəffər Azərbaycan Ordusunun qalibiyyətinin əsl qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıblar.
Veteran xanımlar Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş qeyrətli Vətən övladlarını ehtiramla anıblar. Dövlətimiz tərəfindən veteranlara göstərilən diqqət və qayğıdan danışıblar.
Sonda xatirə şəkilləri çəkilib.