“Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Bakı, 26 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində növbəti onlayn təlim keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, təlim Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Söhrab Orucov və Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarəti idarəsinin əməkdaşı Mahir Soltanov tərəfindən təşkil edilib.
“İnsan alverinə qarşı mübarizə” mövzusunda keçilən təlimdə iştirakçılara insan alveri anlayışı, ona qarşı mübarizə yolları, bu sahədə ölkə qanunvericiliyinin tələbləri, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” və miqrantlar da daxil olmaqla, insan alveri qurbanlarının hüquqları barədə məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin əməkdaşı tərəfindən “Miqrant qaçaqçılığı və ona qarşı mübarizə” mövzusunda keçilən digər təlimdə iştirakçılar miqrant qaçaqçılığı ilə mübarizə yolları, insan alveri və miqrant qaçaqçılığı arasında fərq, bu sahədə görülən işlər və s. haqqında məlumatlandırılıblar.
Hər iki təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]