Mişel Qurənşa : Tovuz və Konyak şəhərləri arasında sıx dostluq əlaqələri var
Konyak, 17 iyun, AZƏRTAC
Tovuz və Konyak şəhərləri artıq bir neçə ildir qardaşlaşıb və bizim çox yaxşı əlaqələrimiz var. Məhsəti Gəncəvinin büstünün ucaldığı bu məkan Azərbaycanın bir hissəsidir. Azərbaycan həmişə bizimlədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Konyakda keçirilən konfransın iştirakçısı, şəhərin meri Mişel Qurənşa deyib.
O qeyd edib ki, iki şəhəri təmsil edən nümayəndələr arasında sıx dostluq əlaqələri mövcuddur. Dostluq əlaqələri, eləcə də belə konfranslar konyaklılara Azərbaycanı yaxından tanımağa imkan yaradır.
“İki ölkə arasında mədəniyyət əlaqələrinin möhkəmlənməsinə dəyərli töhfələr verən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Məhsəti Gəncəvinin büstü yerləşən bu gözəl məkanın yaranmasına yardımçı olan Heydər Əliyev Fonduna təşəkkür edirik. Əlaqələrimizin daha da genişlənməsi üçün böyük potensial var, ondan maksimum istifadə etməliyik. Xüsusilə də, şəhərlər arasında birbaşa əlaqələri daha da möhkəmləndirməliyik. Konyak və Tovuz şəhərlərinin məktəbliləri, gəncləri arasında "Skype" vasitəsilə əlaqə yaratmalıyıq”, - deyə M.Qurənşa bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Konyak
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]