Misir Liviyada baş verən qarşıdurmalarla bağlı narahatlığını bildirir və tərəfləri təmkinli olmağa çağırır
Qahirə, 5 aprel, AZƏRTAC
Misir Liviyada baş verən qarşıdurmalarla bağlı narahatlığını bildirir və tərəfləri təmkinli olmağa çağırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyinin bu gün dərc edilmiş bəyanatında bildirilir. Sənəddə qeyd olunur ki, Misir Ərəb Respublikası Liviyanın bir sıra rayonlarında baş verən qarşıdurmalarla bağlı dərin narahatlığını bildirir, bütün tərəfləri təmkin nümayiş etdirməyə və vəziyyətin genişlənməsinə imkan verməməyə çağırır.
Bəyanatda, həmçinin vurğulanır ki, bu məsələdə Misirin mövqeyi dəyişməzdir: Misir Birləşmiş Millətlər Təşkilatının səylərini dəstəkləyir, Liviyanı qoruyub saxlamağın və onun ərazi bütövlüyünün təmin edilməsinin, Liviya xalqının potensialının və onun sərvətlərinin müdafiəsinin yeganə üsulu - münaqişənin siyasi yolla həllidir. Bununla yanaşı, Liviyada terrorçuluğun kökü kəsilənə qədər ona qarşı mübarizənin davam etdirilməsinin zəruriliyi də qeyd olunub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]