Misir parlamentində deputat yerlərinin 25 faizi qadınlardan ibarət olacaq
Qahirə, 15 iyun, AZƏRTAC
Misir parlamentində 568 deputat yerinin 25 faizi qadınlardan ibarət olacaq.
AZƏRTAC xəbər verir ki, qanunverici orqanın iyunun 14-də keçirilmiş plenar iclasında bununla bağlı qanuna dəyişiklik edilib. Bundan başqa, deputatların 5 faizi seçki ilə deyil, birbaşa ölkə Prezidenti tərəfindən təyin ediləcək. Ümumilikdə, Misir parlamenti ötən il keçirilmiş Konstitusiya referendumunun yekunlarına dair deputatlar haqqında qanuna 10 yeni maddə əlavə edib və 14 dəyişikliyə səs veriblər. Deputat sayının artırılması ilə bağlı təklif isə qəbul edilməyib.
Parlament 2024-cü ildə səlahiyyət müddəti başa çatacaq Prezident Əbdülfəttah əl-Sisinin üçüncü müddətə namizədliyini irəli sürməsinə icazə verilməsi haqqında da qanun dəyişikliyini təsdiq edib. Eyni zamanda, prezidentlik müddəti altı ilə qaldırılır.
Deputatlar Misir parlamentinin yuxarı palatası - Senatın yaradılması məsələsini də müzakirə ediblər. Qanun layihəsinə görə, Senat 300 üzvdən ibarət olacaq, senatorların üçdəbiri prezident tərəfindən təyin ediləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]