Misirdə 3 min il tarixi olan mumiyalar tapılıb
Qahirə, 18 yanvar, AZƏRTAC
Misirin Saqqara bölgəsində nekropolisdə aparılan arxeoloji qazıntılar zamanı 3 min il tarixi olan 54 taxta tabut və mumiyalar aşkar edilib.
AZƏRTAC xəbər verir ki, fironların 6-cı sülaləsi dövründə dəfn ayinlərinin keçirildiyi kraliça Neit məbədində misirli arxeoloq Zahi Havasın rəhbərlik etdiyi ekspedisiya bu mumiyaları firon Tetinin ehramına yaxın ərazidə tapıblar. Sözügedən məbəd UNESCO-nun Dünya İrsi Siyahısına daxildir və turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri sayılır. Üzərində müxtəlif rənglərdə naxışlar olan tabutlar Misirin “Yeni fironluq” dövründə yaşamış hökmdarların ailə üzvlərinə məxsusdur.
Hazırda pandemiya səbəbindən Misirin turizm sektoru əcnəbi turistlərdən məhrum olub. Belə ki, 2019-cu ildə buraya müxtəlif ölkələrdən 13 milyondan çox turist gəldiyi halda, ötən il bu rəqəm cəmi 3 milyon olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]