Misirdə koronavirusdan ölənlərin sayı 264 nəfərə çatıb
Qahirə, 22 aprel, AZƏRTAC
Aprelin 21-də Misirdə koronavirusa (COVID-19) 157 nəfər yoluxub, karantin xəstəxanalarında müalicə edilən 14 pasiyent isə dünyasını dəyişib. İndiyədək bu ölkədə 3490 yoluxma, 264 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed məlumat verib.
Qeyd olunub ki, son sutka ərzində 49 koronavirus xəstəsi sağalıb, habelə indiyədək ölkədəki 12 karantin xəstəxanasından 870 pasiyent tam müalicə olunaraq evə buraxılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]