Misirdə Türkiyə investisiyalarının həcmi 4 milyard dollara yaxındır
Qahirə, 17 iyul, AZƏRTAC
Misirdə ümumi investisiya dəyəri təxminən 140 milyon ABŞ dolları olan zavodların tikintisinə başlanıb. Layihələr Türkiyənin üç böyük şirkətinin sərmayəsi ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Misirdəki səfiri Saleh Mutlu Şen "əl-Arabiya Business" telekanalına müsahibəsində deyib.
Səfir əlavə edib ki, hazırda Misirdə türk şirkətlərinin ümumi investisiyaları 4 milyard dollara yaxındır. Təkcə bu il ərzində, əlavə olaraq, ən azı 500 milyon dollarlıq yeni sərmayə yatırılması gözlənilir.
O vurğulayıb ki, hazır geyim, iplik və toxuculuq sahələri Misirdəki türkiyəli investorlar üçün ən cəlbedici sektorlar sayılır və bu sahələrin cari ildə Türkiyənin Misirə yatıracağı investisiyaların 70–80%-ni təşkil edəcəyi gözlənilir.
Səfir qeyd edib ki, 2025-ci ilin ikinci yarısında tekstil sahəsində fəaliyyət göstərəcək üç yeni türk fabriki istifadəyə veriləcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]