Misirdə yaşayan azərbaycanlılara ərzaq yardımı göstərilib
Qahirə, 16 aprel, AZƏRTAC
Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi 500 nəfərə ərzaq yardımı göstərib.
Bunu AZƏRTAC-ın müxbirinə müsahibəsində Birliyin sədri Seymur Nəsirov bildirib.
O qeyd edib ki, Misirin paytaxtında və digər şəhərlərdə yaşayan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin siyahısı tutulub və təşkilatın üzvləri tərəfindən onlara zəruri ərzaq məhsulları çatdırılır.
Onun sözlərinə görə, hazırda Misirdə COVID-19 pandemiyası ilə əlaqədar davam edən karantin rejimi şəraitində universitetlərin və müəssisələrin fəaliyyəti dayandırılıb. Bunu nəzərə alan diaspor təşkilatlarının üzvləri azərbaycanlı tələbələrə və maddi cəhətdən çətinlik çəkən digər vətəndaşlarımıza yardım edir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:37]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:26]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]