Misirdə yol qəzasında 11 nəfər ölüb
Qahirə, 7 fevral, AZƏRTAC
Misirin Əl-Küreymat qəsəbəsi yaxınlığında baş vermiş yol qəzasında 11 nəfər ölüb. Faciə qurbanlarının arasında toy şənliyinə gedən bəy və gəlin də var.
AZƏRTAC xəbər verir ki, qəzaya səbəb mikroavtobusun sürücüsünün idarəetməni itirərək qarşıdan gələn avtomobillə toqquşması olub. Yaralanan 6 nəfər xəstəxanaya çatdırılıb.
Son illər paytaxt Qahirə və ətraf magistral yollarda yenidənqurma işləri aparılsa da, əyalət yollarının bərbad olması səbəbindən tez-tez ağır yol qəzaları baş verir. Problemin həlli məqsədilə yol-nəqliyyat infrastrukturu sahəsində 1769 layihənin həyata keçirilməsi planlaşdırılır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]