Misli Premyer Liqasının V turunun oyun cədvəli məlum olub
Bakı, 27 avqust, AZƏRTAC
Misli Premyer Liqasının V turunun oyun cədvəli məlum olub.
AZƏRTAC xəbər verir ki, görüşlər sentyabrın 1-i, 3-ü və 4-də keçiriləcək. V turun açılış matçı sentyabrın 1-də “Kəpəz” və “Qarabağ” komandaları arasında olacaq. Qəbələ şəhər stadionunda təşkil ediləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Sentyabrın 3-də “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq. Həmin gün baş tutacaq digər oyunda “Neftçi” klubu “Sumqayıt”la üz-üzə gələcək. Matçın startı “Bakcell Arena”da saat 20:30-da veriləcək.
Sentyabrın 4-də isə “Bank Respublika Arena”da saat 18:00-da “Sabah”-“Səbail” oyunu keçiriləcək.
Həmin gün “Zirə” komandası “Qəbələ” ilə qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionundakı görüşə saat 20:30-da start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]