MİXAİL ŞVIDKOY: RUSİYA BÖYÜK MÜSƏLMAN DÖVLƏTİDİR
Şvıdkoy demişdir ki, Rusiya böyük pravoslav dövlətidir. Lakin o, eyni zamanda böyük müsəlman dövlətidir. Bunu qulaqardına vurmaq olmaz.
O, Den Braunun “Da Vinçinin kodu” romanı əsasında çəkilmiş eyniadlı filmin müzakirələri ilə əlaqədar xatırlatmışdır ki, Quranda İsa Məsihin həyatının xristian versiyasından fərqli olan versiyası verilmişdir və bu fakt münaqişələrə səbəb olmur. Onun fikrincə, bununla əlaqədar həmin filmdən deyil, daha ciddi dəyərlərdən danışmaq daha məntiqəuyğundur.
Sabiq nazir “Da Vinçinin kodu” filmini ortabab lent hesab etdiyini də açıqlamışdır.
Yeri gəlmişkən, Mixail Şvıdkoy İslamı Rusiyanın dövlətqurma elementi hesab edən ölkənin ilk yüksəkvəzifəli məmuru deyildir. Ondan əvvəl RF Prezidenti Vladimir Putin, Federasiya Şurasının başçısı Sergey Mironov və xarici işlər naziri Sergey Lavrov da belə fikir söyləmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]