Mixaylo Podolyak: F-16 təyyarələrinin Ukraynaya tədarükü barədə qərar artıq qəbul olunub
Bakı, 20 may, AZƏRTAC
Qərb ölkələri artıq F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükü barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna prezident ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak məlumat verib.
“Bu, praktiki olaraq qəbul edilmiş qərardır. Qərb dövlətləri F-16 qırıcıları da daxil olmaqla bütün lazımi silahları bizə verəcək. Hazırda logistik məsələlər müzakirə olunur”, - deyə o, Ukraynanın 24-cü kanalına müsahibəsində bildirib.
Müdafiə naziri Oleksi Reznikov isə öz növbəsində ukraynalı pilotların F-16 təyyarələrində təlimlərə başlaması üçün yaradılan imkanlara görə ABŞ, Böyük Britaniya, Niderland, Belçika və Danimarkanın müdafiə nazirlərinə təşəkkürünü bildirib.
Amerikanın NBC telekanalının məlumatına görə, ABŞ və müttəfiqləri Kiyevə F-16 təyyarələri verməyi planlaşdırır. Təyyarələr Vaşinqtonun müttəfiqləri vasitəsilə Ukraynaya tədarük oluna bilər. ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın Xirosima şəhərində Yeddilər qrupu ölkələrinin liderləri ilə görüşündə ukraynalı pilotların F-16 qırıcıları da daxil olmaqla müasir təyyarələrdə təlim keçmələri üzrə beynəlxalq səyləri dəstəklədiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bu məsələnin G7 sammitində müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]