MMA döyüşçülərimizin Bakıda keçiriləcək “Rizin” turnirindəki rəqibləri müəyyənləşib
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycanın MMA döyüşçülərinin noyabrın 4-də Bakıda “Rizin” çərçivəsində keçiriləcək “Landmark 7” turnirindəki rəqibləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yarışda Vüqar Kərəmov yaponiyalı Çihiro Suzuki, Tofiq Musayev Yaponiyanın digər təmsilçisi Toji Takeda, Nəriman Abbasov rusiyalı Ali Abdulxalikov, Mehman Məmmədov ABŞ-dan olan Castin Skoqqins, Tural Rəhimov isə cənubi koreyalı Kyun Pyu Kim ilə üz-üzə gələcək.
Qeyd edək ki, turnir Milli Gimnastika Arenasında təşkil olunacaq.