M.MARGELOV: “AZƏRBAYCAN RƏHBƏRLİYİ ÇOX İNCƏ VƏ ÖLÇÜLÜB-BİÇİLMİŞ SİYASƏT APARIR”
M.Margelov demişdir: “Hesab edirəm ki, biz qarşılıqlı münasibətlərimizin bütün sahələrində davamlı və sabit yüksəlişdəyik. Bu, ilk növbədə, ona əsaslanır ki, Azərbaycan rəhbərliyi çox incə, çox ölçülüb-bicilmiş siyasət aparır. Avropa dövləti kimi, Qafqaz dövləti kimi, müsəlman dünyasında dünyəvi dövlət kimi, nəhayət, çox səksəkəli bölgədə yerləşən dövlət kimi, respublikanızın nadir coğrafi-strateji mövqeyini nəzərə alaraq, demək lazımdır ki, Azərbaycan artıq neçə illərdir qeyri-adi sabitlik nümayiş etdirir. Düşünürəm ki, Rusiya-Azərbaycan əməkdaşlığının perspektivləri çox yaxşıdır”.
İki prezidentin şəxsi münasibətləri dövlətlərarası münasibətlərə çox müsbət təsir göstərir, dövlətlərimizin başçıları arasında qarşılıqlı etimadın olması diqqətəlayiq haldır. Təkcə birinci şəxslər arasında deyil, həm də hökumətlər səviyyəsində, parlamentlər səviyyəsində gözəl əlaqələr vardır. Parlamentlərimiz arasında beynəlxalq işlər komitələrinin xətti ilə çox yaxşı qarşılıqlı fəaliyyət şəraiti yaranmışdır. Avropa Şurasının Parlament Assambleyasında Rusiya nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyəti arasında ona hələ indiki Prezident İlham Əliyevin başçılıq etdiyi vaxtdan bəri çox etibarlı münasibətlər təşəkkül tapmışdır.
M.Margelov demişdir ki, Azərbaycan-Rusiya münasibətlərindəki qarşılıqlı etimad Qafqazda ümumi vəziyyətə də sabitləşdirici təsir göstərir.