Moldovada Avropa İttifaqına üzvlüklə bağlı qanun hazırlanır
Bakı, 6 mart, AZƏRTAC
Moldova Milli Bankı (MMB) Valyuta Tənzimlənməsi haqqında Qanuna - qismən liberallaşdırma qanun layihəsinə düzəliş edən layihə hazırlayıb.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi hazırda ictimai müzakirələrdən keçir və tezliklə Maliyyə Nazirliyi tərəfindən hökumətə təqdim ediləcək. Bu barədə “logos-press.md” saytı məlumat yayıb.
Yeni qanun ölkənin Avropa İttifaqına daxil olması üçün maliyyə sistemini hazırlamaq məqsədi daşıyır.
Qanun qüvvəyə mindikdən sonra rezidentlər üçün kapital əməliyyatı limiti 10.000 avrodan 100.000 avroya qədər artacaq. Növbəti mərhələ 1 yanvar 2028-ci ildə başlayacaq. Rezidentlər üçün kapital əməliyyatı limiti 250.000 avroya qədər artacaq.
Qeyri-rezidentlərdən alınan kreditlər və istiqrazlar üçün məcburi bildiriş rejimi hesabat sistemi ilə əvəz olunacaq. Bu, Milli Banka lazımsız bürokratiya olmadan kapital axınlarını izləməyə imkan verəcək. Yeni qaydalar kiçik və orta sahibkarlıq üçün xüsusilə vacibdir.
Müəlliflər qeyd etdiyi kimi, belə bir qanunun qəbul edilməsi BVF və Avropa Komissiyasının tövsiyələri ilə yanaşı, Milli Bankın kapital axınlarını tədricən liberallaşdırmaq üzrə strateji məqsədinə də uyğundur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]