Moldovanın Baş naziri növbəti hökumətə rəhbərlikdən imtina edib
Bakı, 13 oktyabr, AZƏRTAC
Moldovanın hazırkı Baş naziri Dorin Recan Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) parlament seçkilərindən sonra formalaşdırdığı hökumətə rəhbərlik etməkdən imtina edib.
AZƏTAC xəbər verir ki, bu, Dorin Recan və PAS-ın sədri İqor Qrosunun birgə mətbuat konfransında elan olunub. "Biz Reçanın Baş nazir postuna namizədliyini irəli sürməyi planlaşdırırdıq. Lakin o bizə bildirdi ki, onun hökumətdəki fəaliyyəti bu mərhələdə başa çatır", - deyə Grosu bildirib.
Eyni zamanda məlum olub ki, Recan deputat mandatından da imtina edir və biznesə qayıtmaq niyyətindədir.
Qrosu qeyd edib ki, Baş nazir vəzifəsinə namizəd Prezidentlə məsləhətləşmələrdən sonra seçiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]