MONQOLUSTAN HÖKUMƏTİ İSTEFA VERMİŞDİR
Yanvarın 13-də 76 deputatdan 37-si etiraz əlaməti olaraq parlamentin iclasını tərk etdikdən sonra salonda qalanlar Demokrat Partiyasının başçısı Saxilqaniin Elbeqdorjun rəhbərliyi ilə hökumətin buraxılmasına yekdilliklə səs vermişlər.
Ölkənin siyasi qüvvələrindən hələlik heç biri yeni hökuməti formalaşdırmağa başlamaq istədiyini bildirməmişdir. Lakin Monqolustan Xalq İnqilab Partiyasının (MXİP) nümayəndələri öz hökumətini yaradacaqlarını istisna etmirlər. MXİP Elbeqdorju və onun nazirlərini yoxsulluğun və korrupsiyanın öhdəsindən gəlməyə qadir olmamaqda təqsirləndirir.
1990-cı ilədək Monqolustanın yeganə siyasi qüvvəsi olmuş MXİP-in opponentləri ondan hakimiyyəti ələ keçirməyə can atmaqda şübhələnmişlər. Agentlik qeyd edir ki, MXİP-in öz hökumətini formalaşdırmaq üçün lazım olan 39 səsdən cəmi bir səsi çatmır.
Xatırladaq ki, yanvarın 12-də 1500-dək nümayişçi MXİP-in paytaxt Ulan-Batordakı qərargahını darmadağın etmişdir. Polis mitinqçiləri sakitləşdirmək üçün sərt tədbirlər görmədiyinə görə tələfat olmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]