Monteneqro Türkiyədəki axtarış-xilasetmə işlərinə dəstəyini davam etdirir
Podqoritsa, 12 fevral, AZƏRTAC
Monteneqro Türkiyədə şiddətli zəlzələlərin baş verdiyi bölgələrdəki axtarış-xilasetmə işlərinə dəstək olmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, paytaxt Podqoritsadan 19, Nikşiç şəhərindən 11 nəfər olmaqla 30 nəfərlik ikinci axtarış-xilasetmə qrupu Türkiyəyə yola düşüb. Türkiyədəki axtarış-xilasetmə işlərini davam etdirən 28 nəfərlik ilk qrup isə Monteneqroya qayıdacaq.
Bundan başqa, Monteneqro hökuməti zəlzələ bölgələrinə 13 nəfərlik tibbi briqada göndərəcək.
Qeyd edək ki, Podqoritsadakı “Millennium” körpüsü Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]