Monteneqroda meşə yanğınları ilə mübarizə davam edir
Podqoritsa, 12 avqust, AZƏRTAC
Monteneqronun paytaxtı Podqoritsa ətrafında bir neçə yerdə meşə yanğını baş verib.
AZƏRTAC xəbər verir ki, hazırda ölkənin müxtəlif bölgələrində - Kufin Bulyariça, Durkoviç, Roge, Piperi, Kuçi, Kokoti, Bar, Budva, Nikşiç və Savnikdə yanğınların dava etdiyi, Çanjda isə nəzarət altında alındığı, Biyelo Polye və Biokovaşda lokallaşdırıldığı bildirilib.
Bəzi ərazilərdə yanğınlar evləri və əmlakı təhlükə altına qoyub. Qornya Qoritsadakı yanğın səbəbindən Nikşiçə gedən avtomobil yolu bağlanıb.
Yanğınların söndürülməsi üçün ölkə üzrə bütün mülki müdafiə qüvvələri səfərbər olunub. Əlavə yardımın göstərilməsi üçün Avropa İttifaqı, NATO və region ölkələri ilə əməkdaşlıq mexanizmləri işə salınıb. Serbiya yanğınsöndürənləri əməliyyatlara cəlb olunub. Xorvatiyadan da yardım göstəriləcəyi bildirilib.
Güclü külək yanğınların geniş əraziyə yayılmasına səbəb olur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:55]
Səkkiz ölkə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]