Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Moskva Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun “Kodayu” operasının premyerası olub

Moskva, 31 oktyabr, AZƏRTAC

Moskva Beynəlxalq Musiqi Evində Azərbaycan bəstəkarı, Əməkdar artist Fərhəng Hüseynovun “Kodayu” operasının Rusiya premyerası olub.

AZƏRTAC xəbər verir ki, “Rusiya-Yaponiya qarşılıqlı mədəniyyət İli” çərçivəsində nümayiş etdirilən tamaşa Yaponiya musiqisevərlərinə hələ 1993-cü ildə təqdim edilib. Səhnə əsərinin librettosunu Yaponiya opera müğənnisi Eyko Aoki yazıb.

Müğənninin oğlu, “AOKİ” nəşriyyat evinin rəhbəri Yosihide Aoki AZƏRTAC-a müsahibəsində bildirib ki, opera 1990-cı ildə yazılıb. “Mənim anam Eyko Aoki hər zaman Rusiya ilə dostluq münasibətlərinin qurulmasına çalışıb. XVII əsrdə yaşamış yaponiyalı səyyah Daykoku Kodayunun Rusiyaya səfəri və 11 ildən sonra Vətəninə qayıtması barədə maraqlı tarixi hadisə onun diqqətini cəlb etmişdi. Operanın librettosu hazır olandan sonra anam Azərbaycan bəstəkarı Fərhəng Hüseynova müraciət etdi. Anamın bəstəkar qarşısında qoyduğu əsas şərtlərdən biri o idi ki, operanın musiqisi hamı üçün anlaşıqlı, eyni zamanda, orijinal olsun. Fərhəng Hüseynov bu vəzifənin öhdəsindən layiqincə gələ bildi”.

O həmçinin qeyd edib ki, gələn il Azərbaycana gəlməyi planlaşdırır. “Gələn il bəstəkar Fərhəng Hüseynovun yubileyi ərəfəsində Azərbaycana gəlməyi düşünürəm. Mərhum bəstəkarın Vətəni ilə tanışlıq mənim üçün çox maraqlı olar. Eyni zamanda, “Kodayu” operasının Azərbaycanda səhnələşdirilməsi barədə də danışıqlar aparmaq niyyətim var”, - deyə Yasohida Aoki bildirib.

Bəstəkarın qızı, Bakı Musiqi Akademiyasının müəllimi Tomris Hüseynova AZƏRTAC-ın müxbiri ilə söhbətində xatırladıb ki, 1991-ci ildə Fərhəng Hüseynov “Zamana səyahət” əsərinə görə Tokioda keçirilən beynəlxalq müsabiqənin qalibi olub. Müsabiqə Yaponiyanın “Asaxi” televiziya kanalı və UNESCO tərəfindən təşkil edilmişdi. “Həmin səfəri zamanı atama “Kodayu” operasını yazmaq təklifi gəldi. Çox istərdim ki, atamın gələn il qeyd ediləcək 70 illik yubileyi münasibətilə bu opera Azərbaycanda səslənsin”, - deyə T.Hüseynova vurğulayıb. Tomris Hüseynova, həmçinin tamaşanın yaradıcı heyətini gül zənbili ilə təbrik etmiş Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna atasının yaradıcılığına diqqətə görə təşəkkürünü bildirib.

Moskvada operanı “Amadey” Musiqi Teatrının rejissoru Oleq Mitrofanov səhnələşdirib. Rolları “Novaya opera” teatrının solisti Andrey Berus, “Gelikon opera”nın solisti Yelena Semyonova, Rusiya Böyük Teatrının solisti Yelena Okolışeva və başqaları ifa ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskv

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya imperatoru bu ayın sonunda Britaniyaya səfər edəcək

Gürcüstanda baş verən zəlzələ nəticəsində bəzi evlərdə və binalarda çatlar əmələ gəlib

Qırğızıstan Parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

“Tik-Tok” sosial şəbəkəsində dələduzluq etdiyi üçün saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb

Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Nemət Cavadov: Bir il ərzində 5 dəfə inzibati cəza tətbiq edildikdə yayım lisenziyası ləğv olunur

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib YENİLƏNİB-2

Türk Akademiyasının prezidenti: Türk dövlətləri arasındakı hüquq sistemlərinin uyğunlaşdırılması üçün möhkəm elmi əsas yaradılmalıdır

Bonn şəhərində BMT-nin iqlim konfransı keçirilir

Azərbaycan Prezidenti: Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik

Türkiyədə insan qaçaqçılığı ilə məşğul olan 63 nəfər saxlanılıb

Bağça müdiri vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Baş prokuror: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlığın inkişafı prioritetdir

BDU əməkdaşları KOBİA-nın keçirdiyi 5-ci qrant müsabiqəsinin qalibi olublar

Nizami Gəncəvinin “Xəmsə”si türk dilində nəşr olunacaq

Prezident: COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifənin üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik

İranda prezidentliyə namizədlərin seçimi başlayır

Memarlıq doktoru: Qarabağ bölgəsində abidələr bərpa edilərək bütün dünyaya təqdim olunacaq

Ordubad rayonunun Kələntərdizə-Qoşadizə avtomobil yolu yenidən qurulur

Bakıda “Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib

A-Hub Akselerasiya Proqramının iştirakçıları üçün Şuşa şəhərində gəzinti təşkil olunub

Audiovizual Şuranın rəsmisi: Uşaqların zərərli informasiyadan qorunması vacib məsələlərdəndir

Baş prokuror: Müasir texnologiyalardan istifadə etmə sahəsində türk dövlətlərinin prokurorlarının təcrübə mübadiləsi əhəmiyyətlidir

Gənclər Kitabxanası “Xalq şairi Vaqif Səmədoğlu - 85” adlı məlumat bazası yaradıb

Azərbaycan Prezidenti: Biz 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik

Daxili işlər naziri Oğuz rayonunda vətəndaş qəbulu keçirəcək

Fövqəladə Hallar Nazirliyi qanunsuz tikinti işlərinin qarşısını alıb VİDEO

Anar Bağırov: Hüquqi tətbiqetmə orqanlarının rəqəmsallaşması, bu orqanların daha səmərəli fəaliyyətinə şərait yaradır

Bakı Bələdiyyə Teatrı “Xan qızı” tamaşasını təqdim edib

“Zirə” ukraynalı hücumçusu ilə yollarını ayırıb

Prezident İlham Əliyev: Bizim vədlərimiz imzamız qədər dəyərlidir

Avstraliyada 40 min il əvvələ aid nəhəng quş növünün kəllə sümüyü tapılıb

Gilavar Foto Klubu mina qurbanları ilə bağlı fotolayihənin icrasına başlayıb

Fazil Novruzov: Audiovizual Şuraya daxil olan müraciətlər onlayn media subyektləri ilə maarifləndirmə işinin genişləndirilməsini labüd edir

Qrafen-oksidin nanohissəciklərlə əlaqəsinə dair elmi araşdırmalar aparılır

Azərbaycan Prezidenti: Qaz təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək

Ali Məhkəmənin sədri: Azərbaycanda rəqəmsallaşma sahəsinin inkişafına böyük önəm verilir

Seçmə mərhələ: Azərbaycan millisi Türkiyə yığmasını qəbul edəcək

Stoltenberq: ABŞ-da seçkilərdən asılı olmayaraq NATO Kiyevi dəstəkləyəcək

IATA: 2024-cü ildə aviaşirkətlərin gəlirləri 1 trilyon dollar artacaq

Ali Məhkəmədə ehtiyat kadr bazasının formalaşdırılması üzrə müsabiqə elan edilir

Prezident: Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib

Ötən həftə Liviya sahillərində 995 miqrant saxlanılıb

Ədliyyə naziri: Bütövlükdə hüquq sahəsində Türk dövlətlərı arasında sıx əməkdaşlıq formalaşıb

Cənubi Koreya KXDR ilə sərhəd yaxınlığında hərbi fəaliyyətləri bərpa edir

Haaqada “Mən sülhə səs verirəm” adlı rəsm sərgisi və musiqili proqram təşkil edilib

“Enactus”un qalibi BANM oldu

Baş Prokurorluq: Zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Türkiyədəki Etnoidman Mədəniyyəti Festivalında Qarabağ atları təqdim ediləcək

“Masdar” Azərbaycanda daha bir neçə yaşıl enerji layihəsinin icrasını həyata keçirəcək

Prezident İlham Əliyev: Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir

Kamran Əliyev: Ədalətin bərpasında rəqəmsallaşma mühüm vasitədir

Magistratura səviyyəsinin 69 və 70-ci proqramları üzrə qabiliyyət imtahanlarının nəticələri elan olunub

Akademik Milli Dram Teatrı Beynəlxalq forumda

DİN: Kibercinayətkarlığın yeni forması müşahidə olunur

Tələbələr Qarabağ Universitetinin “SABAH” qruplarında təhsil haqqı xərclərindən azad olunacaqlar

Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edilib

Saatlıda narkotiklərlə əlaqədar 7 nəfər saxlanılıb VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyunda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki açıqlanıb

ADAU-da yaz imtahan sessiyasına start verilib

Dünya rekordçusu Lamiyə Vəliyeva: Brüs Linin fəlsəfəsi idmançı karyeramda mənə stimul verir - VİDEOMÜSAHİBƏ

Azərbaycan neftinin qiyməti 79 dollara qədər ucuzlaşıb

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib

AZAL-ın Rumıniyaya ilk reysinin həyata keçirilməsi ilə bağlı geniş tədbir olub VİDEO

Qusarda “Prius” sürücüsü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıb

FHN: Qubada süni göldə batan uşağın meyiti aidiyyəti üzrə təhvil verilib

Çinin kosmik aparatı Ayın görünməyən tərəfində süxur nümunələri toplayıb VİDEO

“Brent” neftinin qiyməti 78 dollardan aşağı düşüb

İzmir sahillərində 101 qeyri-qanuni miqrant saxlanılıb

Gürcüstanda 5,4 bal gücündə zəlzələ baş verib

Pentaqon HIMARS MLRS istehsalı üçün müqaviləni 1,9 milyard dollara qədər artırıb

UNESCO çərçivəsində Mahmut Kaşğarinin “Divani Lüğat-it-Türk” əsərinin 950 illik yubileyi qeyd olunacaq

Ötən il Qara dənizdə batan gəminin ekipaj üzvlərinin axtarışları davam edir

Şuşada “A-Hub” Akselerasiya Proqramının qalibləri mükafatlandırılıb

Danimarkada nəhəng muzey kompleksinin tikintisi ləğv edilib

Türkiyədə işlənib hazırlanmış “Türksat 6A” ilk telekommunikasiya peyki ABŞ-a göndəriləcək

Azərbaycan boksçusu: Parisdə tarix yazmaq, medal qazanmaq arzusundayam

Fərid Qayıbov ötən ay nüfuzlu beynəlxalq yarışlarda iştirak etmiş idmançılarla görüş keçirib

Baş məşqçi: Parisdə qızıl medal qazanmaq üçün daim çalışacağıq

Azərbaycan boksçusu: Tokio Olimpiadasında qazandığım bürünc medalı Parisdə qızıla çevirəcəyəm

Qırğızıstan Parlamentinin sədri Azərbaycana səfərə gəlib

"Real Madrid" Kilian Mbappenin transferini açıqlayıb

Paris Olimpiadasına lisenziya qazanmış Azərbaycan boksçuları Vətənə qayıdıblar

ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Ankarada rəsmi səfərdədir

Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilib YENİLƏNİB

“Qarabağ” fransalı hücumçusu ilə vidalaşıb

Azərbaycanın Müstəqillik Günü münasibətilə Brüsseldə “Suqovuşan” minifutbol turniri keçirilib VİDEO

Şuşada Beynəlxalq Sahibkarlar Forumunun sonuncu paneli keçirilib

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edib VİDEO

TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək

Baş Prokurorluq: Gəmi zavodunun 5 əməkdaşının ölməsi ilə bağlı araşdırma aparılır

Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olunub

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilib

Baş nazir Əli Əsədov Minskdə "Belagro 2024" sərgisi ilə tanış olub

Beynəlxalq Sahibkarlar Forumu çərçivəsində növbəti panel keçirilib

Diplomatlar üçün “Xarici Siyasət Proqramı”na başlanılıb

Ağcabədi kümçüləri mövsümün ilk günündə 578 kiloqram barama təhvil veriblər

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Respublika Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycanda 17-ci humanitar missiyası başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 5 əməkdaşı qazdan zəhərlənərək ölüb