Moskva Dövlət Universitetinin Bakı filialında abituriyentlər üçün “Açıq qapı” günü təşkil olunacaq
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında abituriyentlər üçün “Açıq qapı” günü keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə MDU-nun Bakı filialına 2018-2019-cu il üçün qəbulun şərtləri və qaydaları barədə məlumat veriləcək.
Abituriyentlər MDU Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavrların və magistrlərin hazırlanması ilə bağlı ətraflı məlumat ala biləcəklər.
“Açıq qapı” günü saat 14:00-da Bakı şəhəri, Hüseyn Cavid prospekti, 133 (metronun “Elmlər akademiyası” stansiyasının yanında) ünvanında keçiriləcək.
Əlaqə nömrəsi: (012) 598-93-32.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]