Azərbaycan Dövlət İnformasiya Agentliyi

MOSKVADA “AZƏRBAYCANIN İDMAN FOTOOBYEKTİVİ” SƏRGİSİ AÇILMIŞDIR

AZƏRTAC xəbər verir ki, martın 13-də Moskvada, İTAR-TASS agentliyinin mərkəzi binasında “Azərbaycanın idman fotoobyektivi” adlı fotosərginin açılış mərasimi olmuşdur. Sərgini İTAR-TASS agentliyinin, ölkəmizin Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresi Moskva şöbəsinin və ÜAK İqtisadi İnkişaf Fondunun köməyi ilə Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC və Azərbaycan Milli Olimpiya Komitəsi təşkil etmişlər.

İTAR-TASS-ın Baş direktoru Vitali İqnatenko sərgini açaraq, Azərbaycanın idman nailiyyətləri və idmançılarımızın uğurları ilə tanış olmaq imkanına görə AZƏRTAC agentliyinin rəhbərliyinə və bütün kollektivinə təşəkkürünü bildirmişdir. O vurğulamışdır ki, AZƏRTAC agentliyi fotomüxbirlərinin yaratdıqları bu sərgidə Azərbaycanın idman həyatının ən mühüm məqamları təcəssümünü tapmışdır. Bu sərgi ilə tanış olarkən azad Azərbaycanda ümumən həyatın necə inkişaf etməsi barədə fikir söyləmək olar. O demişdir: “Bu gün dünyanın idman xəritəsində Azərbaycan çox layiqincə təmsil olunmuşdur və onun idman həyatı böyük yüksəlişdədir. Diqqətəlayiq haldır ki, Azərbaycanın ictimai həyatının bir qolu olan idman sahəsində və ümumən, Azərbaycanın həyatında proseslər Rusiya ilə sıx qarşılıqlı əlaqədə gedir. Bizim Azərbaycanla çox səmərəli və daimi əlaqələrimiz var. Bu əlaqələr gələcəkdə də inkişaf edəcəkdir”.

Açılış mərasimində iştirak etmək üçün Moskvaya gələn gənclər və idman naziri Azad Rəhimov AZƏRTAC-ın simasında bu gözəl sərginin təşkilatçıları tərəfindən görülən işi yüksək qiymətləndirmiş, habelə belə maraqlı sərginin keçirilməsinə kömək göstərdiyinə görə İTAR-TASS agentliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir. O vurğulamışdır ki, bu sərgi sayəsində Rusiya ictimaiyyəti ölkəmizin fotoşəkillərdə əksini tapan idman nailiyyətləri ilə tanış ola biləcəkdir. Nazir demişdir: “AZƏRTAC-ın sərgisinin İTAR-TASS-ın köməyi ilə təşkili indi Azərbaycan ilə Rusiya arasında, ölkələrimizin xalqları arasında həyata keçirilən əməkdaşlığın böyük proqramının bir hissəsidir. Ölkələrimizi dərin tarixi köklər və dostluq telləri bağlayır, xalqlarımız isə bu münasibətlərin daha da inkişaf etdirilməsinə, bu dostluğun daha da möhkəmlənməsinə tərəfdardırlar. Bugünkü hadisə də buna parlaq misaldır”.

Azad Rəhimov mərasimə toplaşanlara ölkəmizin idman sahəsindəki son nailiyyətləri barədə məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanda idmanın inkişafına böyük diqqət yetirilir, idman kompleksləri tikilir. İdman sahəsində uğurlarımız sürətlə artır, Sidneydə və Afinada qazanılan medallar göstərir ki, Azərbaycan idmanının inkişafı düzgün yoldadır. Bütün bunlar ümummilli lider Heydər Əliyevin vaxtilə idmana göstərdiyi qayğının və himayənin bəhrəsidir. A.Rəhimov Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin “bütün bunlar cəmiyyətimizin, idman ictimaiyyətinin milli idmanımızın inkişafına çəkdiyi zəhmətin, verdiyi əhəmiyyətin nəticəsidir” sözlərini misal gətirmişdir.

Rusiya Federal Bədən Tərbiyəsi və İdman Agentliyinin rəhbəri Vyaçeslav Fetisov İTAR-TASS-da idman fotosərgisinin keçirilməsindən dərin məmnunluğunu ifadə etmişdir. O demişdir: “Azərbaycan sərgisinin açılış mərasimində iştirak etmək, ölkələrimiz üçün əlamətdar şəkillərlə tanış olmaq çox xoşdur. Əvvəllər bütün idman nailiyyətləri bir ölkəyə məxsus idi. İndi biz müxtəlif ölkələrdə yaşayırıq, buna baxmayaraq, çox yaxşı qarşılıqlı münasibətlərimiz var. Təkcə beynəlxalq səviyyədə deyil, həm də idman sahəsində, idmanın inkişafına böyük əhəmiyyət verilməsi və həm Rusiya Federasiyasının, həm də Azərbaycan Respublikasının həyata keçirdiyi dövlət siyasəti şəraitində qarşılıqlı əlaqələrin olması çox xoşdur. Azərbaycanda Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olması çox mühüm faktdır. Bu, Azərbaycanda idmanın inkişafına, bu sahədə yüksək nailiyyətlər qazanılması üçün şərait yaradılmasına necə böyük əhəmiyyət verilməsinə sübutdur”. V.Fetisov daha sonra demişdir ki, bizim təcrübə mübadiləsi aparmaq və dostlarımızla sıx qarşılıqlı fəaliyyət göstərmək üçün çoxlu imkanımız var. Mən bu yaxınlarda Azərbaycanda oldum və gördüm ki, bu ölkədə idmançılar üçün hər bir şərait yaradılır. Əminəm ki, onlar beynəlxalq yarışlarda qələbələr qazanacaqlar. Belə sərgilər nə qədər çox təşkil edilərsə, bizim yüksək dəyərləndirdiyimiz dostluğumuz daha da möhkəm olar. Bu gün idmanın bütün planetdə insanları birləşdirən az-az amillərdən olduğunu anlamağımız çox vacibdir və biz birgə qələbələrə ümid bəsləyirik.

Beynəlxalq Olimpiya Komitəsinin birinci vitse-prezidenti Vitali Smirnov çıxışında vurğulamışdır ki, bu sərgi Moskva ictimaiyyətinin təkcə idman həyatında deyil, ümumən, bütün həyatında çox mühüm hadisədir. Sərgi hər hansı cəmiyyətin həyatının ən cəlbedici sahələrindən birinə - idmana həsr olunmuşdur. Azərbaycanı və Rusiyanı bu sahədə çox yaxın münasibətlər birləşdirir. Baydarka və kanoelərdə avarçəkmə üzrə sovet idmançılarının qələbələrinin bünövrəsi Azərbaycanda qoyulurdu, digər idmançılar da burada məşq edirdilər. Azərbaycan idmançıları Sovet İttifaqının yığma komandaları tərkibində, sonralar isə müstəqil Azərbaycanda bir sıra növlərdə yüksək nəticələrə nail olmuşlar. Deyə bilərik ki, bu gün Azərbaycan güləş, ağır atletika, voleybol, taekvondo, boks kimi idman növlərində beynəlxalq tədbirlərin keçirilməsinin yeni, mükəmməl səviyyəsinə çıxmışdır. Ölkədə idmanın beş olimpiya növü üzrə seçmə yarışlar keçirilmişdir. Bu yaxınlarda bədii gimnastika üzrə dünya çempionatı çox yüksək, mütəşəkkil səviyyədə təşkil olunmuşdur. Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkə Prezidentinin xanımı Mehriban Əliyeva bu gözəl idman növünün inkişafı üçün çox işlər görür.

V.Smirnov daha sonra demişdir: “Əlbəttə, mən böyük insanı - Azərbaycan xalqının dahi oğlu Prezident Heydər Əliyeviç Əliyevi xatırlamaq istərdim. Mən onu şəxsən çox yaxşı tanıyırdım, çünki o, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyərkən ölkədə idmana kuratorluq edirdi. İdmançılarımızın beynəlxalq meydanda bugünkü qələbələri üçün çox ciddi əsaslar məhz onda qoyulmuşdur. İndiki Prezident İlham Əliyevin bu ənənələri davam etdirməsi və MOK-un başçısı vəzifəsində qalması çox rəmzidir. İki il bundan əvvəl mənə böyük bir şərəf qismət oldu – ona Beynəlxalq Olimpiya Komitəsinin prezidenti adından Olimpiya ordeni təqdim etdim və əmin oldum ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş bütün ənənələr, o cümlədən Azərbaycan rayonlarında iri idman mərkəzləri yaradılması ənənəsi davam edir. Biz həndbol üçün gözəl idman sarayı açdıq, istifadəyə verilmiş yeni idman qurğularını gördük. Zənnimcə, Azərbaycan idmançıları və bədən tərbiyəçilərinin çox yaxşı gələcəyi var. Odur ki, Rusiya idmançıları Azərbaycan idmançıları ilə nə qədər çox dostluq etsələr, bir-birini dəstəkləsələr, təcrübə mübadiləsi aparsalar, Azərbaycanın gözəl iqlim şəraitindən bəhrələnsələr, bizim təhsil ocaqlarımızın təcrübəsini həmkarlarına öyrətsələr, onda hər iki dövlətin idmanda nailiyyətləri bir o qədər çox olacaqdır. Bundan isə xalqlarımız və gənclərimiz ancaq qazanacaqlar”.

AZƏRTAC-ın baş redaktoru Elmira Əliyeva Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanovun adından sərgi iştirakçılarını səmimiyyətlə salamlayaraq, fotosərginin təşkilinə kömək göstərənlərin hamısına ürəkdən təşəkkür etmiş, sərginin keçirilməsində əməkdaşlığa görə İTAR-TASS-ın baş direktoru V.İqnatenkonun, onun birinci müavini M.Qusmanın simasında agentliyin rəhbərliyinə, habelə Moskvada fotosərgi keçirmək təşəbbüsünü dəstəklədiyinə görə ÜAK-ın Moskva regional şöbəsinin sədri İlqar Hacıyevə və ÜAK-ın İqtisadi İnkişaf Fondunun rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir. E.Əliyeva xatırlatmışdır ki, Azərbaycan bütün digər sahələrdə olduğu kimi, idmanda da sanballı nəticələr əldə etmişdir. Azərbaycan idmançıları təkcə 2005-ci ildə müxtəlif səviyyəli yarışlarda 213 medal qazanmışlar. İdmanın yenicə yüksək sürətlə inkişafa başladığı ölkəmiz üçün bu, heç də kiçik nəticə deyildir. Ümidvarıq ki, ulu öndər Heydər Əliyevin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi bizə daha böyük uğurlar gətirəcəkdir.

Sərgidə AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun və onun idman mövzusu üzrə işləyən həmkarlarının 100-dək işi nümayiş etdirilir. Ekspozisiyada idmançıların həyatından nadir məqamlar və müxtəlif idman yarışlarından, Olimpiya və Paralimpiya oyunlarından, Bakıda keçirilmiş bədii gimnastika üzrə dünya çempionatından və digər idman tədbirlərindən maraqlı anlar əks olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub