MOSKVADA BEYNƏLXALQ KİTAB SƏRGİ–YARMARKASI AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 3-də Moskvada Rusiya kitab naşirlərinin iri forumu - XXI Moskva beynəlxalq kitab sərgi-yarmarkası açılmışdır.
Sərgi-yarmarka ənənəvi olaraq Ümumrusiya Sərgi Mərkəzində (ÜSM) keçirilir. Sərginin ekspozisiyası çox böyükdür: burada 180 mindən çox yeni kitab, 2,5 mindən çox nəşriyyatın və digər təşkilatların nümayəndələri və 300-ə yaxın qonaq, o cümlədən MDB-dən və Baltikyanı ölkələrdən qonaqlar iştirak edirlər.
Təşkilatçılar bildirmişlər ki, sərgi çərçivəsində kitab nəşri işinə həsr edilmiş müxtəlif “dəyirmi masa”lar və seminarlar keçiriləcəkdir. Qiraət həvəskarlarını bir çox tanınmış əcnəbi yazıçılarla görüşlər gözləyir. Sərgidə müxtəlif ədəbi müsabiqələrin laureatları elan ediləcək və “İlin kitabı-2008”, “Kitab sənəti”, “Mənim ailə kitabxanam” və digər müsabiqələrin qaliblərini mükafatlandırma mərasimləri keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]