Moskvada əfsanəvi neftçi Fərman Salmanovun 90 illiyinə həsr edilmiş tədbir keçiriləcək
Moskva, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində əfsanəvi neftçi Fərman Salmanovun 90 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir Heydər Əliyev Fondu və S. Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti tərəfindən təşkil edilir.
Fərman Salmanov 1931-ci il iyulun 28-də Azərbaycanın Şəmkir rayonunda doğulub. O, Sibir neftini kəşf edənlərdən biri, SSRİ geologiya nazirinin birinci müavini, geologiya-minerologiya elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı, RSFSR-in Əməkdar geoloqu, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olub.
F.Salmanov həm də Tümen geologiya məktəbinin banisi, Sibirdə geoloji kəşfiyyat işlərinin təşkilatçısı, Qərbi Sibirdə 150-dən çox neft və qaz yatağının kəşfinin iştirakçısı kimi məşhurdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva