Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Moskvada kinorejissor Tofiq Şahverdiyevin yaradıcılıq axşamı olub

Moskva, 9 iyun, AZƏRTAC

Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar mədəniyyət işçisi, kinorejissor, ssenarist, fotoqraf və rəssam Tofiq Şahverdiyevin yaradıcılıq axşamı olub.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Heydər Əliyev Fondunun Azərbaycan nümayəndəliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası çıxış ediblər.

Tofiq Şahverdiyev Rusiya Rəssamlar İttifaqı, Rusiya Kinorejissorlar Gildiyası, Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının üzvü, bir çox beynəlxalq mükafatların, o cümlədən “Qızıl göz” mükafatının laureatıdır.

Yaradıcılıq axşamı çərçivəsində iyunun 30-dək davam edəcək T. Şahverdiyevin fotoqrafiya işlərindən ibarət sərgi açılıb, onun “Lahıc”, “Bakı” və “Sülh hərbi musiqisi” qısametrajlı filmləri nümayiş etdirilib.

Tədbiri açan kitabxananın direktoru Pavel Kuzmin Heydər Əliyev Fonduna və Azərbaycan Mədəniyyət Mərkəzinə əməkdaşlığa görə təşəkkürünü bildirib. O deyib: “Tofiq Şahverdiyevin fotoşəkillərinə tamaşa etdikdə, hamıya yaxşı tanış olan “Baharın on yeddi anı” filmindən mahnının sürətlə ötən anlar haqqında sözlərini xatırlayırsan. İnsanın həmin anları tuta bilməsi böyük xoşbəxtlikdir. Bu, çəkdiyi fotoşəkillərdə öz daxili dünyasını dərk etmək bacarığıdır və əsl incəsənətdir. Başa düşünürsən ki, hər bir insanın qəlbi, hissləri və emosiyaları var. Bizi birləşdirən də bunlardır. Bizim üçün açdığınız sənət dünyanıza, qəlbinizə görə təşəkkür edirik”.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar rəhbəri Tamilla Əhmədova əməkdaşlığa görə kitabxana rəhbərliyinə təşəkkür edərək bildirib ki, bu gün təqdim edilən birgə iş Rusiya ilə Azərbaycan arasında böyük dostluğa olan kiçik töhfədir. O əlavə edib: “Fotoqrafiya incəsənət Olimpində onuncu muza olmalıdır. Bu, təkcə kağız üzərində təsvirdən ibarət deyil, həm də bizim tariximizdir. Eynşteyn təsadüfən deməyib: “Fotoqrafiyanın olması bir xoşbəxtlikdir, çünki dünən yaşadığımız an bizim üçün gələcəyə açılan bir qapıdır”. Tofiq Rzaqulu oğlu bu peşənin əsl ustasıdır. Onun təkrarolunmaz üslubu, manerası var. Sizin onun əsərlərinə diqqətlə baxmaq imkanınız olacaq və görəcəksiniz ki, onlarda dinamika və işıqların oyunu var. O, bizim hər birimizin yanından keçərək görə bilməyəcəyimiz məqamları qeydə almaq sahəsində hansısa qeyri-adi hissiyyata malikdir. İstedadlı insan bütün sahələrdə talantını göstərir. Fotoqrafiya ilə yanaşı, o, əla filmlər də çəkir. Mənim üçün xoşdur ki, siz bu gün onun üç ekran əsəri – “Lahıc”, “Bakı” və “Sülh hərbi musiqisi” filmlərinə tamaşa edəcəksiniz. Sonuncu film xüsusilə aktualdır. Bu ekran əsəri hərbi formada olan insanların silah deyil, musiqi notlarının dili ilə danışa biləcəyi haqqındadır”.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva bu mərkəzin həyata keçirdiyi layihələrə hərtərəfli dəstəyinə görə Heydər Əliyev Fonduna və şəxsən onun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkürünü bildirib. O deyib: “Tofiq Şahverdiyevi mədəniyyət mərkəzinə Tamilla Əhmədova gətirib və məhz o, hazırda burada gördüyümüz bütün gözəlliklərin təşəbbüskarıdır. Bu gün biz ustad və rəssamla tanış oluruq. Mənə elə gəlir ki, Uilyam Tekkereyin fotoqrafiya haqqında fikirləri Tofiq Şahverdiyevin yaradıcılığına ideal şəkildə uyğun gəlir: “Fotoqrafiya sənəti tanış olanı yeni məzmunda, yeniliyi isə tanış kimi təqdim etməkdir”.

Tədbirin təşkilatçılarına və qonaqlara yaradıcılığına göstərdikləri diqqətə görə minnətdarlıq edən Tofiq Şahverdiyev deyib: “Mən özümü həm azərbaycanlı, həm də rus kimi hiss edirəm. Ona görə də birinci iki filmimi Azərbaycanda, qalanları isə Rusiyada lentə almışam”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Səbail” tarixinin ən böyükhesablı kubok qələbəsini qazanıb

AMB: Bir neçə BOKT-un vəzifəli şəxsləri məsuliyyətə cəlb olunublar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş direktor: Azərbaycanda dələduzluq hallarının göstəricisi beynəlxalq trendlərdən yuxarı deyil

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

“İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Aşqabadda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert təşkil olunub

Çağırış Kuboku: “Xarı Bülbül Şuşa” cavab oyununa çıxacaq

Ulu Öndərin 100 illiyinə həsr olunan güc idman növləri üzrə turnir keçirilib

Startaplar üçün Azərbaycanın Koreya ilə birgə təlim proqramına qeydiyyat başlayıb

Cozef Baydenin reytinqi rekord minimum səviyyəyə enib

Azərbaycanlı ekspertlər beynəlxalq kibertəhlükəsizlik mərkəzlərində olublar

Akademik Rasim Əliquliyev: Bu gün süni intellekt humanitar elmlərin tədqiq obyektinə çevrilir

Əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb VİDEO

“Azərtütün” ASC istehsalçılardan 7,3 min tondan çox yaş tütün qəbul edib

Şamaxı rayon Mədəniyyət Mərkəzinin kollektivi narkotik maddələrin risk amilləri barədə məlumatlandırılıb

Noyabrın son günündə ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Çində pilotsuz dəniz helikopterləri istifadəyə verilib

Dövlət Məşğulluq Agentliyinin rəhbəri: Media sahəsində gənc mütəxəssislər müxtəlif sahələr üzrə ixtisaslaşacaq

Türkiyə İsveçin NATO üzvlüyünə dair protokolu yaxın həftələrdə ratifikasiya edə bilər

Antalya Şəhər Teatrı Bakıda çıxış edəcək

Sami Qızılbaş: Şuşaya səfərdən sonra tarixən hansı torpaqlardan gəldiyimizi bir daha hiss etdim

Musiqili Teatr dekabr repertuarını təqdim edib

BDU-da neftlə çirklənmiş suların nar qabığı ilə təmizlənməsinə dair araşdırma aparılıb

Qubada xeyli sayda sənədsiz silah-sursat polisə təhvil verilib

“Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” konfransının iştirakçıları Şuşada olublar

Nazir: Gələn ilin sentyabrında tələbələri və müəllimləri Qarabağ Universitetində görmək istəyirik

Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib

Azərbaycan hakimləri Avropa Voleybol Konfederasiyasından təyinat alıblar

Elm və təhsil naziri: Birgə fəaliyyət üçün bütün resurslarımızdan istifadə edəcəyik

Qızılbaş Qlobal İrsi Təşkilatının üzvü: Azərbaycan bizim ana vətənimizdir

AMEA-da yeniləşmə prosesləri: struktur islahatları, elmi tədqiqatların yenidən təşkili və elektron hərəkat

Gənclər Kitabxanasında Xalq rəssamı Tahir Salahovun 95 illiyi ilə əlaqədar virtual sərgi hazırlanıb

Əhməd İsmayılov: MEDİAlab layihəsi Azərbaycanda yeni milli media məhsullarımızın formalaşmasına imkan verəcək

İmran Xanın məhkəməsi həbsxanada və ictimaiyyət üçün açıq keçiriləcək

Dövlət Vergi Xidməti və "Caspian Energy Club"un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib

Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib

ABŞ-ın hərbi təyyarəsi Yaponiya sahillərində qəzaya uğrayıb VİDEO

“Qarabağ” “Molde” ilə oyun üçün Norveçə yola düşüb

Emin Əmrullayev: Alimlərimizin statusu olduqca vacib məsələdir

Metronun köhnə stansiyalarında avtomatik pandusların quraşdırılması prosesi öyrənilir

Qurban Qurbanov: Norveçdən yaxşı nəticə ilə qayıdacağımıza inanıram

Astara rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib

AMB: İKZF hesabına verilmiş ipoteka kreditlərinə tələb azalıb

Nazir Adil Kərimli Naxçıvanda vətəndaşlarla görüşəcək

AMEA-ya seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə təsdiqlənib

“Toyota” avtomobil istehsalı və satışında rekord göstəriciyə nail olub

Mədəniyyət sahəsində innovasiyalar: qabaqcıl texnologiyalar, süni zəka, oyun texnologiyaları

BMT-nin Baş katibi: Afrika ədalətsizliyin ikiqat qurbanıdır

DSMF Beynəlxalq Pensiyaların İdarə Edilməsi İnstitutunun müsabiqəsinin qalibi olub

Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Bakıda “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı konfrans keçirilib YENİLƏNİB

İsa Həbibbəyli: AMEA-nın bir sıra institutlarında şöbələr ləğv edilib

Qırğızıstan parlamenti dövlət bayrağının dəyişdirilməsi barədə qanun layihəsini təsdiqləyib

Parlamentdə hərbi qulluqçularla bağlı bir sıra qanunlara edilən dəyişikliklər müzakirə olunur

Şuşa Teatrının dekabr repertuarı açıqlanıb

Lənkəranda qida məhsulları saxlanılan anbarın qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb

Türkiyədən Qəzzaya yardım aparan növbəti təyyarə yola düşüb

Azərbaycan parataekvondoçuları İngiltərəyə yollanıblar

Azərbaycan Mədəniyyət Mərkəzi dilimizin tədrisi ilə bağlı Özbəkistanın Gənclərlə İşlər Agentliyi ilə memorandum imzalayıb

Yaponiya Kosmik Agentliyi kiberhücuma məruz qalıb

Bu il POS-terminallar ilə edilən ödənişlərin 27 faizi ağıllı cihazların payına düşüb

Naxçıvan şəhərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə infotur keçiriləcək

Misir, Qətər, ABŞ və İsrail Qəzzada atəşkəsi uzatmağa çalışır

Ehtiyatsızlıqdan babasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

“Bakı Metropoliteni”: Bu ay 867 mindən çox sərnişin daşınıb

DİN: Ekoloji qaydaların pozulması hallarının qarşısı alınıb

AMEA-nın Ümumi yığıncağı keçirilir YENİLƏNİB

Azərbaycanlı rejissorun “Hədis” animasiya filmi Almaniyanın nüfuzlu festivalının qalibi olub

Səudiyyə Ərəbistanı “Expo-2030” sərgisinə ev sahibliyi edəcək

FHN: Ötən sutka ərzində 32 halda yanğına çıxış olub

Çempionlar Liqası: Bu gün 1/8 finalın daha üç iştirakçısı müəyyənləşə bilər

Azərbaycan şairinin şeirlər kitabı Gürcüstanda işıq üzü görüb

Akademik İsa Həbibbəyli: AMEA-nın Ümumi yığıncağı islahatlara həsr olunub

Mustafa Abbasbəyli: Media cəmiyyətin dövlətlə ünsiyyətində çox ciddi alətə çevrilib

İİTKM və Pakistan Xarici Əlaqələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Mahir Emreli: Beş komandalı qrupda 4-cü olmaq tarixi uğur deyil - MÜSAHİBƏ

® “Araz” supermarketlər şəbəkəsi “Tələbələrə təhsil yardımı”nı davam etdirir

Azərbaycan Kuboku: "Kəpəz", "Araz-Naxçıvan" və "Sumqayıt" mübarizəyə start verəcək

Gələn il Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

Quba-Xaçmaz regionunda 70-dən artıq sahibkarlıq subyektinə məxsus qida obyekti qeydiyyata alınıb

Paytaxt məktəblərində monitorinqlər aparılır

Bakı Ali Neft Məktəbinin yaradılmasından 12 il ötür

MN: Yeni islahatlar hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə edilməsinə xidmət edir

İƏT-ə üzv dövlətlərdə idmanın inkişafı məsələləri müzakirə edilib

Laçında fəaliyyətə başlayan “Lacınema”da “Molde” – “Qarabağ” oyunu canlı yayımlanacaq VİDEO

Bu gün Xalq rəssamı Tahir Salahovun anadan olmasından 95 il ötür

Bakı metrosunda əlil arabaları daha iki yeni tip qurğu ilə daşınacaq

“Brent” neftinin qiyməti azalıb

İstehlaka yararsız dondurma məhsullarının satışının qarşısı alınıb

İcma: Ermənistanın UNESCO missiyasını qəbul etməməsi Beynəlxalq Ədalət Məhkəməsinin qərarının kobud şəkildə pozulmasıdır

Respublika fənn olimpiadalarında iştirak etmək istəyənlərin nəzərinə

FHN yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb VİDEO

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb

Azərbaycan nefti bahalaşıb

Zəngilanda partlayıcı vasitələr aşkarlanıb

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb - SİYAHI

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada ölüb VİDEO

Beynəlxalq axtarışda olan şəxs Livanda tutularaq Azərbaycana ekstradisiya edilib