MOSKVADA M.ADIGÖZƏLZADƏNİN RUSİYA SİMFONİK ORKESTRİNİN MÜŞAYİƏTİ İLƏ KONSERTİ OLMUŞDUR
Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Moskva Dövlət Akademik Filarmoniyasının solisti, Bakı Musiqi Akademiyasının dosenti M.Adıgözəlzadənin konserti “Rossiya” Dövlət kinokonsert kompleksinin böyük salonunda olmuşdur.
Pianoçumuz F.Listin məşhur “Fortepiano ilə orkestr üçün 2 nömrəli konsert”ini böyük məharətlə ifa etmişdir. Onun ifası sürəkli alqışlarla qarşılanmışdır.
Rusiya paytaxtının tez-tez qonağı olan Murad Adıgözəlzadə müxtəlif klassik musiqi proqramları çərçivəsində və solo konsertlərlə çıxış edir.
İndiki konsert ölkəmizin Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə Moskva hökumətinin Mədəniyyət Komitəsi və “Rossiya” Dövlət mərkəzi konsert salonu tərəfindən təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]