MOSKVADA MDB İQTİSADİ ŞURASININ NÖVBƏTİ İCLASI
İclası MDB-nin İcraiyyə Komitəsinin yeni sədri – icraçı katibi Vladimir Ruşaylo açdı. O dedi ki, İqtisadi Şura MDB ölkələrinin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin möhkəmlənməsinə əhəmiyyətli töhfə vermişdir və bu, tədricən vahid iqtisadi məkan formalaşdırmaqla, gələcəkdə azad ticarət zonası yaradılacağına ümid bəsləməyə əsas verir.
Şura MDB ölkələrinin inteqrasiyası üçün əlverişli hüquqi, təşkilati və iqtisadi şərait yaradılması haqqında sazişlərin layihələrini nəzərdən keçirmişdir. MDB-də lizinq fəaliyyətini genişləndirmək üçün əlverişli şərait yaradılması haqqında sazişin layihəsi, MDB ölkələrinin 2010-cu ilədək olan dövrdə razılaşdırılmış nəqliyyat siyasəti konsepsiyası, regionlararası və sərhədyanı əməkdaşlıq konsepsiyası, taxıl bazarının yaradılması və fəaliyyət göstərməsi proqramı müzakirə edilmişdir. Bütün bunlarla yanaşı, MDB ölkələri ali maliyyə nəzarəti orqanları rəhbərlərinin Şurasına sahə əməkdaşlığı orqanı statusu verilməsi haqqında Birliyin Dövlət Başçıları Şurasının qərarları, MDB ölkələrində dövlət maddi ehtiyatlarının idarə edilməsini həyata keçirən dövlət (icra) hakimiyyəti orqanları rəhbərlərinin Məşvərət Şurasının yaradılması haqqında Hökumət Başçıları Şurasının qərarı və digər məsələlər müzakirə olunmuşdur.
İqtisadi Şuranın bəyəndiyi bir sıra sənədlər Hökumət Başçıları Şurasının müzakirəsinə veriləcəkdir.
İclasda MDB İcraiyyə Komitəsinin sabiq sədri Yuri Yarov da iştirak edirdi. MDB ölkələri arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə xüsusi töhfəsinə görə ona Biriliyin fəxri fərmanı təqdim olundu.