MOSKVADA MDB ÖLKƏLƏRİNİN DƏMİR YOL NƏQLİYYATINDA HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİNƏ DAİR MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 19-20-də Moskvada MDB ölkələrinin və Baltikyanı dövlətlərin dəmir yol müfəttişliyi idarələri səlahiyyətli nümayəndələrinin müşavirəsi keçirilmişdir. Tədbirdə Birlik dövlətlərinin dəmir yolunda hərəkətin təhlükəsizliyi üzrə səlahiyyətli nümayəndələri, o cümlədən Azərbaycan Dövlət Dəmir Yolunun hərəkətin təhlükəsizliyi üzrə müfəttişi Tofiq Axundov iştirak etmişdir.
Müşavirədə hərəkətin təhlükəsizliyinin vəziyyəti və onun təmin edilməsinə dair tədbirlər, dövlətlərarası modelin texniki reqlamentlərinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Müşavirənin yekunlarına dair protokol imzalanmışdır. Sənəddə Birlik ölkələri dəmir yol idarələrinə qəzasız və təhlükəsiz işin təmin edilməsi konsepsiyasının işlənib hazırlanması və müasir texnologiyaların, texniki vasitələrin tətbiqi, qəzaların qarşısını almaqdan ötrü 2015-ci ilədək olan dövr üçün qatarların hərəkətinin təhlükəsizliyinin artırılmasına yönəldilmiş proqramın hazırlanması və təsdiqi, texniki xarakterli məsələlərin müzakirəsi tövsiyə olunmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]