MOSKVADAKI BƏŞİR SƏFƏROĞLU ADINA TEATRIN PREMYERASINA HAZIRLIQ İŞLƏRİ GEDİR
Ötən ilin noyabr ayında Moskva şəhərində məhşur gülüş ustası, Azərbaycanın xalq artisti, unudulmaz sənətkarımız Bəşir Səfəroğlunun adını daşıyan teatr Rusiya Federasiyası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçmişdir. Teatrın ilk premyerası bu il noyabr ayının birinci ongünlüyündə olacaqdır.
Mərhum sənətkarın qızı, xalq artisti Afaq Bəşirqızı AZƏRTAC-ın müxbirinə demişdir ki, Moskva Satira Teatrı ilə əməkdaşlıq sayəsində yaradılmış Bəşir Səfəroğlu adına teatrın truppası rusiyalı aktyorlardan ibarətdir. Hazırda premyeraya qoyulacaq əsər üzərində ciddi yaradıcılıq işlərinə başlanılıb. Rus dilində oynanılacaq ilk tamaşada həm respublikamızdan, həm də Rusiyadan dəvət olunmuş aktyorlar iştirak edəcəklər. Premyera Moskva Satira Teatrının direktoru Məmməd Ağayevin və həmin teatrın bədii rəhbəri Aleksandr Şirvintin yaxından köməkliyi ilə göstəriləcək. Gələcəkdə həmin səhnə əsəri Azərbaycan tamaşaçıları üçün də hazırlanacaq.
Qeyd olunub ki, paytaxtın mərkəzi rayonun Lenin praspektində yerləşən Bəşir Səfəroğlu adına teatr hazırladığı tamaşaları icarəyə götürdüyü müxtəlif teatrlarda nümayiş etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]