MOTSART MUSİQİSİ GÖRMƏ QABİLİYYƏTİNİ YAXŞILAŞDIRIR
Eksperimentə müxtəlif mənşəli görmə qabiliyyəti pozuntularından əziyyət çəkən 60 xəstə cəlb olunmuşdur. İştirakçıların yarısı Motsart musiqisinin sədaları altında görmə sahəsinin avtomatlaşdırılmış tədqiqinə hazırlaşır, qalanları isə tam sükut içində testləşdirilmənin başlanmasını gözləyirdilər.
Görmə sahəsinin avtomatlaşdırılmış tədqiqi görmə funksiyalarının vəziyyətini qiymətləndirməyin geniş yayılmış üsuludur. Tədqiqat zamanı ağ fiqurun proyeksiyası ağ fona salınır və sınaq altında olan şəxs təsvirin cizgilərini aydın gördüyü zaman işarə verir.
Eksperiment iştirakçıları yaş, cins və etnik mənsubiyyətlərinə görə təxminən eyni vəziyyətdə olmuş, onlardan heç biri əvvəllər görmə sahəsinin avtomatlaşdırılmış tədqiqi prosedurasından keçməmişdir.
Motsart musiqisinin sədaları altında testin başlanmasını gözləyənlər fokusu daha yaxşı tapmış və məsələnin öhdəsindən daha sürətlə gəlmişlər. Lakin müsbət təsir 10 dəqiqədən çox çəkməmişdir. Alimlərin fikrincə, alınmış nəticələr güman etməyə imkan verir ki, Motsart musiqisi məkan-zaman qavrayışı funksiyalarına müsbət təsir göstərir, habelə insan beynində vizual informasiya hazırlanması sürətini artırır.
Alimlər böyük Avstriya bəstəkarının musiqisinin dinləyicilərin sağlamlığına və qabiliyyətinə müsbət təsirini dəfələrlə qeyd etmişlər və hətta “Motsart effekti” adlı anlayış da yaranmışdır. Əvvəlki tədqiqatlar zaman məlum olmuşdur ki, Motsartın əsərləri məktəblilərin riyaziyyata marağını və bütövlükdə elmlərə yiyələnmək bacarığını artırır, ananın bətnindəki körpənin baş beyninin inkişafını sürətləndirir.