Mövlud Çavuşoğlu: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil edilir
Bakı, 26 aprel, G.Məlikova, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mötəbər beynəlxalq tədbirlərin iştirakçısı olmuşam. Deyə bilərəm ki, bu tədbirlər bir qayda olaraq yüksək səviyyədə təşkil olunur. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması baxımından, məhz qardaş ölkənin bu foruma ev sahibliyi etməsi xüsusi məna daşıyır.
Belə bir mühüm tədbirin uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm.
Bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumunda iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AZƏRTAC-a müsahibəsində bildirib.
“Azərbaycanın inkişafı göz qabağındadır və onun uğurları Türkiyəni də çox sevindirir. Biz qardaş dövlət olaraq bununla fəxr edirik”, - deyə M.Çavuşoğlu qeyd edib.