Mövlud Çavuşoğlu: Türkiyə Cənubi Qafqazla bağlı bütün məsələlərdə Azərbaycanla məsləhətləşmələr aparır
İstanbul, 19 dekabr, AZƏRTAC
Türkiyə bölgədə atdığı bütün addımlarda, xüsusilə Cənubi Qafqazla bağlı məsələlərdə Azərbaycanla məsləhətləşmələr aparır və birgə qərarlar verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda keçirilən İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasından sonra mətbuata açıqlamasında ifadə edib.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin təyinatı məsələsinin artıq icra olunduğunu bildirən nazir bu məsələnin əvvəlcə Türkiyə Böyük Millət Məclisində qaldırıldığını xatırladıb.
Mövlud Çavuşoğlu səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da bunu müzakirə etdiklərini bildirib.
Nazir hazırda Türkiyə ilə Ermənistan arasında hava əlaqəsinin açılması ilə bağlı qarşı tərəfin tələblərinə baxıldığını deyib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]