MSK-nın sədri: Bələdiyyə seçkilərində 71 min 209 nəfər müşahidəçi statusuna malik olub

Bakı, 14 fevral, AZƏRTAC
Bələdiyyə seçkilərində 71 min 209 nəfər müşahidəçi statusuna malik olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ümumi yekunlarına həsr olunmuş iclasında söyləyib.
O bildirib ki, ümumilikdə, akkreditasiyadan keçən 70 min 625 müşahidəçinin 26 min 260-ı 24 siyasi partiyanın təmsilçisi idi.
MSK sədri onu da əlavə edib ki, seçkilərdə səsvermənin şəffaf keçirilməsi baxımından veb-kameraların da tətbiqi çox önəmlidir.