MSK sədri: Biz ilkin mərhələdə bütün namizədlərə müsbət cavab verdik
Bakı, 13 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkilərində namizəd kimi iştirak etmək arzusunda olan 17 nəfər subyektdən Mərkəzi Seçki Komissiyasına müraciət daxil oldu. Bu müraciətlərin 5-i siyasi partiyalar tərəfindən, 12-si isə namizədliyi özü tərəfindən irəli sürülmüş şəxslər tərəfindən idi. Biz bütün bu tərəflərə ilkin mərhələdə müsbət cavab verdik.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Konstitusiya Məhkəməsinin iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, komissiyanın iclasında 17 nəfərin namizədliyi təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun lazım olan seçici imzalarının toplanması üçün həmin namizədlər imza vərəqələri ilə təmin edilmişdi. Məcəllənin tələbinə görə, 40 min imza toplamaq tələb olunurdu. Həmin 40 min imza bizim mövcud 125 dairənin 60-dan toplanmalı idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]