MSK sədri: Vahid siyahıya 6 milyon 302 min 93 seçicinin adı daxil edilib
Bakı, 26 may, AZƏRTAC
Dəqiqləşdirmə prosesi nəticəsində ölkə üzrə seçicilərin vahid siyahısına 6 milyon 302 min 93 seçicinin adı daxil edilib. Onların 47,57 faizi kişi, 52,43 faizi isə qadınlardır. Ən çox seçici 30-40 yaş aralığındadır.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov (MSK) MSK-nın mayın 26-da keçirilən iclasında açıqlayıb.
O bildirib ki, ən yaşlı qadın seçicinin - Tamam Əzizovanın 135 yaşı var. Ən yaşlı kişi seçici isə 105 yaşlı Fərrux Hacıyevdir.
Məzahir Pənahov əlavə edib ki, 212 nəfər yaşı 100-dən çox olan seçici var. Bu il 28 min 390 nəfər səsvermə hüququ qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:54]
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]