“Müasir dünya və informasiya cəmiyyəti” elmi məqalələr toplusu nəşr olunub
Bakı, 10 fevral, AZƏRTAC
Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosiologiyası şöbəsinin “Müasir dünya və informasiya cəmiyyəti” (II buraxılış) elmi məqalələr toplusu işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, topluda informasiya cəmiyyətinin tələblərindən çıxış edilərək ünsiyyətin özünəməxsus xüsusiyyətləri, insan hüquq və vəzifələrinin robotlara şamil edilməsi məsələləri oxucuların diqqətinə çatdırılır. Həmçinin virtuallaşmanın sosial proseslərdə rolu, informasiya texnologiyalarının inkişafı şəraitində Azərbaycanda sosiomədəni dəyişikliklər, mənəviyyat məsələləri, hər bir ölkənin inkişafının aparıcı strukturunu təşkil edən təhsil sisteminin davamlılığının və keyfiyyətinin təmin edilməsi naminə rəqəmsal təhsilin imkanlarının inkişaf etdirilməsi, eləcə də informasiya cəmiyyətində informasiya təhlükəsizliyinin müxtəlif aspektləri, informasiya cəmiyyətinin sosioloji və sosial-psixoloji problemləri və s. məsələlər təhlil olunur.
Toplu ictimai elmlər sahəsində çalışan mütəxəssislər, siyasətçilər, ali məktəblərin humanitar fakültələrinin tələbələri üçün nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]