Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK SƏFƏR ƏBİYEVİN ÇIXIŞI

- Möhtərəm Prezident, cənab Ali baş komandan!

Hörmətli generallar və zabitlər!

Məzunlar və kursantlar!

Əziz valideynlər, müharibə veteranları, qonaqlar, xanımlar və cənablar!

Sizi Silahlı Qüvvələrin təhsil müəssisələri məzunlarının növbəti buraxılışına həsr edilmiş mərasimdə salamlayır və təbrik edirəm.

Bu buraxılışın xüsusiyyəti ondan ibarətdir ki, biz ilk dəfə üç ali hərbi məktəbimizlə yanaşı, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzini və Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitirmiş məzunların buraxılışını eyni vaxtda keçiririk.

Bu buraxılışın ən əlamətdar hadisəsi isə Azərbaycan Ali Hərbi Məktəbində ümummilli liderimiz, Silahlı Qüvvələrin əbədi Ali baş komandanı Heydər Əliyevin monumental abidəsinin açılışı olmuşdur.

Biz Prezidentimiz, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevə respublikamızın ali məktəbləri arasında yalnız Azərbaycan Ali Hərbi Məktəbinə Heydər Əliyevin adının verilməsi haqqında Fərman imzaladığına görə minnətdarıq.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələri quruculuğunun ilhamçısı və banisidir. O, tariximizin ən mürəkkəb və qarışıq dövründə dövlətimizi və dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Ordu quruculuğu Heydər Əliyevin həyat və fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olmuşdur. Onun 1971-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Litseyi yaratması bu böyük işin başlanğıcı idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Heydər Əliyev ölkəmizin Silahlı Qüvvələrini yenidən yaratdı, formalaşdırdı və bugünkü yüksək səviyyəyə qaldırdı. O, hər il Ali Hərbi Məktəb məzunlarının buraxılışında iştirak etmiş və öz xeyir-duasını vermişdir.

Bu il biz bu mərasimi onun cismani iştirakı olmadan keçiririk. Lakin bu gün onun qranitdən yonulmuş heykəli Azərbaycan Ali Hərbi Məktəbində ucaldılmışdır. Bundan sonra o, həmişə Azərbaycan Ali Hərbi Məktəbində olacaq, onun fəaliyyətini hər gün əbədiyyət ucalığından müşahidə edəcəkdir. Arzu edirəm ki, hərbi məktəbin bütün kursantları, müəllim, professor, zabit heyəti və rəhbərliyi ümummilli lider və əbədi Ali baş komandan Heydər Əliyevin adına və ruhuna layiq uğurlar qazansınlar.

Onu da qeyd etmək istəyirəm ki, bu il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 65 ili tamam olur. Bu münasibətlə məktəbin bütün şəxsi heyətini təbrik edirəm.

Sabah Silahlı Qüvvələrimizin yaradılmasının 86-cı ildönümüdür. Bu bayram münasibətilə bütün mərasim iştirakçılarını və Silahlı Qüvvələrimizin təhsil ocaqlarının şəxsi heyətini təbrik edir və uğurlar arzulayıram.

Hörmətli mərasim iştirakçıları!

Hazırda Silahlı Qüvvələrimizin bütün təhsil sistemi təkmilləşmiş, tədris-maddi bazası zənginləşmişdir və müasir tələblərə cavab verir. Burada Azərbaycan Silahlı Qüvvələri üçün yüksək hazırlıqlı, vətənpərvər, Azərbaycan dövlətinə və Konstitusiyasına tam sədaqətli, hərtərəfli inkişaf etmiş, mənəvi və fiziki baxımdan sağlam zabitlərin hazırlanması üçün hər bir şərait vardır.

Respublikamızın Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyev öz çıxışlarında və respublikamızın bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında və Gəncədə hərbi hissələrdə keçirdiyi görüşlərdə Silahlı Qüvvələrimizin bugünkü vəziyyəti haqqında müsbət fikirlər söyləmişdir.

O, Gəncədə “N” hərbi hissəsində keçirdiyi görüş zamanı demişdir: “Ordu quruculuğunda böyük işlər görülübdür... Ordu quruculuğu və bu istiqamətdə əldə edilmiş uğurlar ölkəmizə imkan verib ki, bu gün Azərbaycanın nizamlı, güclü ordusu var.

Orduda peşəkarlıq artır, ordunun maddi-texniki bazası güclənir və biz böyük planlar həyata keçirəcəyik... Azərbaycanın buna imkanları var və orduya diqqət, qayğı bizim əsas məsələmizdir”.

Bu fikirlər Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətinin, o cümlədən Silahlı Qüvvələrimizin təhsil ocaqlarının müəllim və zabit heyətinin qarşısında yeni vəzifələr qoyur və biz düşmən üzərində tam qələbə əldə etmək üçün təhsildə və təlimdə daha böyük uğurlar qazanmalıyıq.

Hörmətli mərasim iştirakçıları!

Bugünkü tədbirdə digər qonaqlarla bərabər qardaş Türkiyə Respublikasından gəlmiş bir qrup yüksək rütbəli zabit də iştirak edir. Onları bugünkü məzunlar, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti adından və öz adımdan bir daha salamlayır, hərbi təhsil sahəsində və ordu quruculuğunda Azərbaycana öz köməyini əsirgəməyən Türkiyə Respublikası Silahlı Qüvvələrinin rəhbərliyinə minnətdarlıq edirəm.

Mən bugünkü tədbirdə iştirak edən hərbi təhsil ocaqlarının rəhbərliyini, müəllim-professor və zabit heyətini, bu gün leytenant rütbəsi ilə Silahlı Qüvvələrimizin zabit heyətinin sıralarına qatılan məzunların valideynlərini ürəkdən təbrik edir və onlara gözaydınlığı verirəm.

Eyni zamanda, bu əlamətdar hadisə münasibətilə xalqımızı təbrik edərək deyirəm ki, gənc zabitlərin buraxılışı işğal altında olan torpaqlarımızın azad edilməsini daha da gerçəkləşdirir və bizi qələbəmizə daha da yaxınlaşdırır.

Mən bu gün çiyinlərinə leytenant poqonları taxmış gənc zabitlərimizə müraciətlə deyirəm: “Siz, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin nizamnamələrini dərindən öyrənin. Hər bir zabit nizamnamələrin tələbi ilə yaşamalı və xidmət etməlidir. Silahlı Qüvvələrin nizamnamələri sizin hər birinizin stolüstü kitabı olmalıdır. Çünki zabit nizamnaməni təkcə özü üçün öyrənmir, onu həm də tabeliyində olanlara öyrədir”.

Bu sözlərlə demək istəyirəm ki, siz bütün həyatınızı və fəaliyyətinizi tabeliyinizdə olan əsgərlərə həsr etməlisiniz. Onları sevməlisiniz, onların məhəbbətini qazanmalısınız. O zaman sizin uğurlarınız çox olacaqdır. Hərbi xidmətdə bütün uğurların açarı komandir-əsgər münasibətlərinin sağlam olmasında və qarşılıqlı inam əsasında qurulmasındadır.

Sizə bir də bunları demək istəyirəm: “Heç vaxt unutmayın ki, sizin məzunu olduğunuz məktəb ümummilli lider, xalqımızın böyük oğlu Heydər Əliyevin adını daşıyır. Siz çalışmalısınız ki, bu məktəbin məzunu kimi yüksək şərəfə layiq olasınız. Vətənimizə və xalqımıza Heydər Əliyev kimi xidmət edəsiniz”.

Azərbaycan Silahlı Qüvvələrinin zabit korpusu sıralarına daxil olmağınız münasibətilə sizi bir daha təbrik edir, Azərbaycanın ərazi bütövlüyünün bərpası və düşmən üzərində tam qələbə naminə müqəddəs xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Hörmətli mərasim iştirakçıları!

Əziz məzunlar!

Mən bu əziz gündə ümummilli liderimiz, Azərbaycan tarixinin Fəxri Prezidenti, Silahlı Qüvvələrin əbədi Ali baş komandanı Heydər Əliyevin xatirəsini bir daha yad edərək, onun Azərbaycan zabitlərinə müraciətlə deyilmiş məşhur sözlərini təkrarlayaraq çıxışımı sona yetirirəm.

O demişdir: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmişsiniz... Bu şərəfli vəzifənizi – Vətəni müdafiə etmək vəzifənizi yerinə yetirməkdə qəhrəmanlıq nümunələri göstərməyinizi arzulayıram”.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb