MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 24-dən 25-dək Moskva şəhərində (Rusiya Federasiyası) qəzaların qarşısının alınması üzrə təlimlərin əsas planlaşdırma konfransı, iyunun 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) çoxmillətli tərkibli böhranların idarə olunması üzrə və NATO/SNT çərçivəsində çoxmillətli tibb xidmətlərinin fəaliyyətlərinin planlaşdırılması üzrə kurslar, iyunun 24-dən iyulun 1-dək Ankara şəhərində (Türkiyə Respublikası) sülhün dəstəklənməsi əməliyyatları zamanı qaçqınlara nəzarət üzrə kurs keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
X X X
MDB Müdafiə Nazirləri Şurasının qərarına uyğun olaraq iyunun 22-dən 29-dək Odessa şəhərində (Ukrayna) birlik dövlətləri silahlı qüvvələrinin III Spartakiadası keçiriləcəkdir.
Yarışlarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sərbəst güləş və ağır atletika üzrə idmançılarından ibarət yığma komandası da iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]