Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində ABŞ nümayəndə heyəti ilə görüş olub
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev ölkəmizdə səfərdə olan ABŞ-ın Avropa Komandanlığının təmsilçisi Uilyam Samnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər hərbi tibb sahəsində indiyədək icra olunan layihələri, eləcə də kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, təhlükəli maddələrlə bağlı insidentlərə cavab tədbirləri və təbii fəlakətlərə hazırlıq üzrə mövcud proqramları müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [23:51]
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [18:41]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:21]