Müəllimlər sahibkarlıq fənninin tədrisinin müxtəlif metodlarını mənimsəyiblər
Bakı, 3 noyabr, AZƏRTAC
Peşə təhsil müəssisələrinin müəllimləri üçün “Sahibkarlıq pedaqogikası və sahibkarlıq tədris modellərinin inkişafı” mövzusunda 3 günlük keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlim zamanı peşə təhsili sahəsində fəaliyyət göstərən 21 müəllim Rusiya universitetləri ilə birlikdə Sosial İnvestisiya Fondu tərəfindən sınaqdan keçirilmiş proqram əsasında sahibkarlıq fənninin tədrisinin müxtəlif metodlarını mənimsəyiblər.
Təhsil sahəsində ixtisaslaşan “Education HUB” şirkəti tərəfindən keçirilən təlim proqramı Peşə Təhsili üzrə Dövlət Agentliyinin və BMT İnkişaf Proqramının Rusiya nümayəndəliyinin dəstəyi ilə reallaşıb. Təlim proqramında sahibkarlıq fənnində interaktiv metodların tətbiqi, sosial sahibkarlıq, hakatonların təşkili, sahibkarlıq layihələrinin icrası və inkişafı üçün “HADI” metodunun istifadəsi haqqında təqdimatlar edilib və qrup işləri hazırlanıb.
Təlimdə iştirak edən müəllimlər qazandıqları yeni bilik və bacarıqları gələcəkdə tədris prosesində tətbiq edəcəklər. Rusiya Sosial İnvestisiya Fondunun tərəfdaşlığı ilə keçirilən təlimi uğurla başa vuranlar sertifikatlarla təltif olunub.