Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilib.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Sayt tədris ili ərzində aktiv olacaq.
Qeydiyyat və saytın istifadə qaydalarına dair təlimat videosu linkdə yerləşdirilib.
Qeyd edək ki, prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.
Əlavə olaraq, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi ilə bağlı yarana biləcək sualların cavabları ilə linkdə tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]