Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid mövzular hazırlanıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müəllimlər “miq.edu.az” saytına və ya “portal.edu.az” platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, şagirdləri qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:51]
BMU-da Milli Qurtuluş Günü qeyd olunub
- 11.06.2026 [15:37]
BŞTİ məktəb drektorları və bağça müdirləri üçün təlim təşkil edib
- 11.06.2026 [15:08]
Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar
- 11.06.2026 [14:21]