MÜƏSSİSƏLƏRİN SOSİAL ÖDƏNİŞLƏRİ ÜZRƏ YARANMIŞ BORCLARIN ÖDƏNİLMƏSİ PROSESİ BAŞA ÇATMAQ ÜZRƏDİR
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müəssisələrin sosial ödənişləri üzrə ödənilməmiş borclarının ödənilməsi prosesi başa çatmaq üzrədir. Prezident Fərmanı qüvvəyə minəndən 2004-cü il avqustun 1-dək Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları dövlət müəssisələrinin hesabına üzləşmə aktlarına əsasən 9 milyard 287,6 milyon manat vəsait köçürmüşlər. Bu məbləğin 7 milyard 379,4 milyon manatı əmək zədəsi almış işçilərə, 1 milyard 908,2 milyon manatı isə digər amillərə görə işçilərə dəymiş zərərin əvəzinə ödənilmişdir. Hazırda müəssisələrə sosial ödənişlər üzrə borcların ödənilməsi davam etdirilir.